PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının pley-off mərhələsində “Brest”ə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi 7:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Belə nəticə asan olmadı, amma qələbələrimizi davam etdirməliyik. Komandam adına çox xoşbəxtəm. Çempionlar Liqasını qazana bilərik? Bəli, məqsədimiz budur. Bununçün mümkün olan hər şeyi edəcəyik”.
PSJ hər iki oyunun nəticəsinə görə (7:0, 3:0) “Brest”i mübarizədən kənarlaşdırıb və 1/8 finala yüksəlib.