“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşacaq. Komandalar arasındakı ilk görüş avqustun 20-də Zaqrebdə olacaq. Cavab matçı isə 28-də Bakıda keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Xorvatiyanın “Jutarnji” nəşri “Qarabağ”ın Bolqarıstanda “Ludoqorets”i 7:2 hesabıyla məğlub etməsini və “Dinamo”ya rəqib olmasını belə təqdim edib:
“Dinamo” pley-off mərhələsində rəqibini tapdı və onlar qorxulu görünürlər. Səfərdə 7 qol vurdular. Azərbaycan təmsilçisi üçün möhtəşəm qələbə olmaqla yanaşı, “Dinamo”ya da böyük xəbərdarlıqdır”.