“Ximki”dən ayrılan Viktor Pançenko karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə hücumçunun atası Viktor Pançenko “Sport24.ru” saytına açıqlamasında deyib. O, oğlunun Azərbaycan, Qazaxıstan və Özbəkistandan təklif aldığını söyləyib.
Pançenko bu mövsüm “Ximki”də 13 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb. 35 yaşlı futbolçunun dəyəri 100 min avro qiymətləndirilir.