Bu gün İspaniya La Liqasında XIV tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Real” lider “Barselona”nın xal itirməsindən yararlanaraq, aradakı xal fərqini 4-ə endirib. “Atletik”lə “Sevilya” minimal hesablı qələbəyə razı olub.
Dünən “Atletiko” evdə “Malyorka” səfərdə minimal hesablı qələbəyə sevinib. “Jirona” və “Valensiya” isə 4 qol vuraraq qalib gəliblər. Lider “Barselona”nın qələbə qazanmasına Alvarez mane oldu.
İlk oyun günündə bir qarşılaşma keçirilib. “Xetafe” doğma azarkeşləri önündə “Valyadolid”də qalib gəlib.
İspaniya La Liqası
XIV tur
22 noyabr
Xetafe – Real Valyadolid 2:0
Qollar: A.Rodriqez, 70, A.Nyom, 73
23 noyabr
Valensiya – Betis 4:2
Qollar: C.Tarrega, 8, H.Duro, 50, 53, D.Lopez, 56 – H.Duro, 14 (avtoqol), C.Avila, 66
Atletiko Madrid – Alavez 2:1
Qollar: A.Qrizman, 76, A.Sörlot, 86 – J.Quridi, 7
Jirona – İspanyol 4:1
Qollar: B.Gil, 4, B.Miovski, 16, 21, L.Kreyçi, 27 – J.Puado, 55
Las-Palmas – Malyorka 2:3
Qollar: D.Essugo, 77, F.Silva, 83 (pen.) – D.Rodriqez, 46, R.Navarro, 56, J.Moyiça, 90+1
Selta Viqo – Barselona 2:2
Qollar: A.Qonzales, 84, H.Alvarez, 86 – Rafinya, 15, R.Levandovski, 61
24 noyabr
Osasuna – Vilyareal 2:2
Qollar: A.Budimir, 8, 20 (pen.) – A.Baena, 67, C.Moreno, 90+3
Sevilya – Rayo Valyekano 1:0
Qol: C.Sou, 27
Leqanes – Real Madrid 0:3
Qollar: K.Mbappe, 43, F.Valverde, 66, C.Bellinqem, 85
25 noyabr
Atletik Bilbao – Real Sosyedad 1:0
Qol: O.Sanket, 26