“Barselona” bu gün baş məşqçisi Xavi ilə yollarını ayıracaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Mütəxəssisin ayrılığı yaxın zamanda açıqlanacaq.
Xavi ötən ay “Barselona” ilə müqaviləsini 2026-cı ilin yayına kimi artırmışdı. Mütəxəssis klub prezidenti Xoan Laporta ilə fikirləri üst-üstə düşmədiyi üçün işindən göndəriləcək.
Kataloniya klubunda Xavinin yerinə baş məşqçi postuna Hans-Diter Flik gətiriləcək. Mütəxəssislə razılıq əldə olunub.