Mövsümün sonunda Xavi ilə yolların ayrılacağı halda, “Barselona”nın yeni baş məşqçisi Tomas Tuxel ola bilər.
Futbolpress.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, Tuxel klub rəhbərliyinin diqqətini çəkib.
Mənbənin məlumatına görə,Kataloniya təmsilçisinin idman direktoru Deko alman mütəxəssisin agenti ilə əlaqə saxlayıb.
Tuxelin mövsümün sonunda “Bavariya”dan ayrılacağı gözlənilir. Onun həmçinin “Mançester Yunayted”i çalışdırmaq ehtimalı da var.