Xavi “Real”ı təbrik etdi

“Barselona”nın baş məşqçisi Xavi “Real”ı La Liqanın çempionu olması münasibətilə təbrik edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bunları deyib:

“Real” erkən çempion oldu. Bu münasibətlə onları təbrik edirəm. Həmçinin “Jirona”nı da təbrik etmək istərdim”.

“Barselona” “Jirona”ya (2:4) məğlub olduqdan sonra “Real” 36-cı dəfə ölkə çempionu olub.