Xavi narazıdır: “Əməyimiz kifayət qədər qiymətləndirilmir”

“Barselona”nın baş məşqçisi Xavi komandadan ayrılıb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis işinə kifayət qədər qiymətin verilmədiyini deyib:

“Mən sabitliyə nail olmaq istəyirdim, amma alınmadı. Əməyimiz kifayət qədər qiymətləndirilmir. Doqquzuncu yerdə olan komandaya qoşuldum və mövsümü ikinci yerdə başa vurdum. Növbəti il çempion olduq”.

Kataloniya klubu mövsümü 85 xalla ikinci bitirib. Komanda lider “Real”dan 10 xal geri qalıb.