“Barselona”nın sabiq məşqçisi Xavi ABŞ-də işləyə bilər.
Futbolpress.az xəbər verir ki, mütəxəsssi “İnter Mayami”yə baş məşqçi təyin edilə bilər. Bu barədə “Marca” nəşri məlumat yayıb. Klub rəhbərliyi Xavinin təyinatını nəzərdən keçirir.
“İnter Mayami”yə hazırda Jerardo Martino rəhbərlik edir. Komanda MLS-də müntəzəm mövsümü birinci sırada bitirsə də, pley-offda mübarizəni dayandırıb.
“İnter Mayami”də Lionel Messi forma geyinir.