Mövsüm başa çatdıqdan sonra “Barselona”dan ayrılacaq olan Xavi gələcəyi haqda danışıb.
Futbolpress.az xarici KİV-ə açıqlamasında o, istirahət edəcəyini qeyd edib:
“Ehtiyacım olduğu üçün özümə fasilə verəcəyəm. Daha sonra təklifləri dinləyib, karyeram haqda qərar verəcəyəm”.
Mütəxəssis bazar günü “Sevilya” ilə matçdan sonra Kataloniya klubunu tərk edəcək.