Xavi: “Bu, bizim ən böyük səhvimiz idi”

“Barselona”nın baş məşqçisi Xavi bu il etdikləri ən böyük səhvi açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əsas problemin müdafiədə olduğunu qeyd edib:

“Bu il məşqçilər korpusu uğursuz oldu. Biz xalis müdafiə oyunçusu olmadan oynamaq qərarına gəldik. Bu, bizim ən böyük səhvimiz idi. Yeni mövsüm üçün bu məşqçilər korpusunun qarşısında duran əsas hədəflərdəndir”.

Mütəxəssis mövsümün sonunda komandadan ayrılacağını açıqlasa da, sonradan fikrini dəyişərək daha bir il komandada qalmaq qərarını verib.