“Barselona”nın prezidenti Xoan Laporta sabiq baş məşqçi Xavinin qovulmasını şərh edib.
Futbolpress.az xəbər verir ki, funksioner mütəxəssisin göndərilməsinin səbəbini açıqlayıb.
“Xavi çətin zamanda komandanı götürdü və İspaniyada çempionluqlar qazandı. O, eyni zamanda gələcəkdə titullar əldə edəcək oyunçuları bizə bəxş etdi. Buna baxmayaraq, getməsi ilə bağlı qərar verdik. Çünki yeni təkan, daha məsuliyyətli və dəyərli məşqçi lazım idi”.
Xavi 2021-2024-cü illərdə “Barselona”ya rəhbərlik edib. O, 2022/23 mövsümündə İspaniya La Liqasını və Superkubokunu qazanıb.
Xavini postda almaniyalı Hans-Diter Flik əvəzləyib.