“Valensiya”nın futbolçusu Xavi Gerra karyerasını “Atletiko”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin transferi tamamlanmaq üzrədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Madrid klubunun 21 yaşlı futbolçu üçün “yarasalar”la 25 milyon avro qarşılığında razılaşdığı bildirilib.
“Atletiko” daha əvvəl 34 milyon avroya “Real Sosyedad”dan Robin Le Normanı, “Vilyarreal”dan isə 32 milyon avroya Aleksander Sörlotu transfer edib.