Xasay Həsənli – Avropa çempionu

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Futbolpress.az xəbər verir ki, Xasay Həsənli (77 kq) qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib və rəqibini 9:1 hesabı üstələyib.

Daha əvvəl Ziya Babaşov (63 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.