Xabi Alonso: “Kubokun təqdimatı xüsusi olacaq”

“Bayer”in baş məşqçisi Xabi Alonso komandasının 50 oyunluq məğlubiyyətsizlik seriyasını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Bundesliqanın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Leverkuzendə kubokun təqdimatı xüsusi olacaq. Futbolçular bütün mövsüm maksimum diqqətlə oynadılar və onlarla fəxr edirəm”.

“Bayer” Bundesliqada 2023/2024 mövsümünün qalibi olub.