Xabi 100-ə çatdı – rekordçu odur

“Bayer” Bundesliqanın VI turunda “Holtayn”la heç-heçə edib – 2:2.

Futbolpress.az xəbər verir ki, görüş Levekurzen təmsilçisinin baş məşqçisi Xabinin komandadakı 100-cü oyunu olub.

Alonsonun kollektivi bu görüşlərdə 67 qələbə qazanıb, 12 dəfə məğlub olub. 21 matç isə bərabərliklə başa çatıb.

“Bayer” ötən mövsüm tarixində ilk dəfə Bundesliqada çempion olub. Xabinin dövründə komanda 66 oyunda 146 xal toplayıb ki, bu da klub tarixinin rekord göstəricisidir.