Bir neçə ay bundan əvvəl “Xəzər Lənkəran” stadionunun təmir olunacağı haqda “Palmali”nin İstanbul ofisindən açıqlama verilmişdi. İşlərin ləng olsa da davam etdiyi məlumdur.
“Futbolpress.az” adıçəkilən klub haqda yeni məlumat əldə edib.
“Xəzər Lənkəran” fəaliyyətini bərpa etmək üçün real addımlar atmağa başlayıb.
Klubun sahibi Mübariz Mənsimovun bunun üçün ilkin olaraq 5 milyon manat ayırmağa hazır olduğu bildirilir.
Hətta klubun adı və loqosunda kiçik dəyişikliklərin edildiyi, bu barədə yaxın gələcəkdə ictimaiyyətə açıqlama veriləcəyi deyilir.
Mənbənin bildirdiyinə görə, Mənsimov bu dəfə qardaşı Mais Mənsimova və onun ətrafına etimad göstərməyəcək.
Müəyyən rəsmi problemlərin həll olunacağı təqdirdə klub I və ya II liqada çıxışa başlaya bilər.
Kamil Əhməd