“Sabah” ötən mövsümü icarə əsasında komandada keçirən Kahim Parrisin transfer hüquqlarını alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yamaykalı vinger ilə 4 illik müqavilə imzalanıb.
Parris müqavilə ilə Kiyev “Dinamo”suna məxsus idi.
24 yaşlı vinger 2023-cü ilin sentyabrından “Sabah”ın formasını geyinir. Parris ötən mövsüm “futuristlər”lə 32 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
Yamayka millisinin də üzvü olan futbolçu yığmada 10 oyuna çıxıb. Onun “transfermarkt”da dəyəri 650 min avrodur.
Parrisin “Sabah”la müqavilə imzalayacağını öncədən xəbər vermişdik.