Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Boluspor”da növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi I Liqada XXVI turda “Manisa” səfərində şans qazanıb. O, 85-ci dəqiqədə meydana daxil olub.
Görüş “Boluspor”un qələbəsiylə başa çatıb – 2:0. Bolu təmsilçisi 26 turdan sonra 37 xalla 8-ci sıradadır.