Türkiyə I liqasında XXXII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Şanlıurfaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.
Vüsal bu görüşün iştirak ərizəsində yer alsa da meydana çıxmayıb.
Aktivində 45 xalı olan “Boluspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.