Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Super Liqaya vəsiqə uğrunda pley-off matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, Bolu təmsilçisi “İstanbulspor”la qarşılaşıb. Matç “Boluspor”un qələbəsiylə başa çatıb – 2:1.
Vüsal bu görüşdə iştirak etməyib. O, sonacan ehtiyatda qalıb.
“Boluspor” pley-off mərhələsinin yarımfinalında “Bandırmaspor”la qarşılaşacaq.