Vüsal oynadı, komandası qalib gəldi

Türkiyə I liqasında XXXIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” evdə “Sakaryaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Matça start heyətində başlayan Vüsal 86-cı dəqiqədə İshak Karaoğulla əvəzlənib.

Aktivində 48 xalı olan “Boluspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.