Vüsal məhsuldar ötürmə etdi, komandası bərabərə qaldı

Türkiyə I liqasında XXXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.

Matça start heyətində başlayan Vüsal 90+8-ci dəqiqədə Eren Erdoğanla əvəzlənib. Yarımmüdfiəçi komandasının ilk qolunda məhsuldar ötürmə sahibi olub.

Türkiyə I Liqası

XXXIV Tur

13 aprel

Ankaragücü – Boluspor 2:2

Qollar: Ovusu, 45+4, R.Çephas, 63 – K.Aleksiç, 28, O.Güçtekin, 37 (pen.)