Vurğun: “Yeni transferlərimiz zaman keçdikcə daha yaxşı olacaq”

“Kəpəz” Premyer Liqanın I turunda “Sumqayıt”a məğlub olub – 0:2.

Gəncə təmsilçisinin futbolçusu Vurğun Hüseynov “FutbolPress“ə açıqlamasında görüşü şərh etdi:

“Sumqayıt” səfəri hər komanda üçün çətindir. Məşqçimiz məşqlərdə lazımi tapşırıqları vermişdi. Təəssüf ki, məğlub olduq. Yeni komandayıq və düşünürəm ki, oyunçular çempionata uyğunlaşandan sonra daha yaxşı nəticələr əldə edərik”.

Hüseynov yeni transferlərin uyğunlaşma üçün vaxta ehtiyaclarının olduğunu söylədi:

“Düzdür, “Sumqayıt”la matçda çox pis oynadıq. Yeni transferlərimiz zaman keçdikcə daha yaxşı olacaq. Onlara da vaxt lazımdır ki, həm komandaya, həm çempionata uyğunlaşsınlar. Gedənlərimiz çox olub. Yeni gələnlərin onları əvəz edib-etməyəcəyini zaman göstərəcək. İnşallah, tez zamanda uyğunlaşıb, özlərini yaxşı tərəfdən göstərərlər”.

Şahin Cəfərov