“Vüqar Həşimov” klubu Avropa Kubokunda mübarizəyə başlayacaq

Bu gün Serbiyanın Vranyaçke-Bane şəhərində klublar arasında şahmat üzrə Avropa Kubokuna start veriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycanı yarışda “Vüqar Həşimov” klubu təmsil edəcək. İlk turda təmsilçimiz Norveçin SOSS klubuyla mübarizə aparacaq.

“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edəcək. Komandanın kapitanı Sərxan Həşimov olacaq.

Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq.

Qeyd edək ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitroviça”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edəcək.