Vlahoviç mükafatlandırıldı

Serbiyada 2024-cü ilin ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Yuventus”un hücumçusu Duşan Vlahoviçdir.

24 yaşlı futbolçu bu mövsüm 20 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə edib. Vlahoviç Avro-2024-də Serbiya yığması ilə 3 oyunda meydana çıxıb.