“Real” hücumçusu Vinisius Juniorla müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu “kral klubu”ndan illik 25 milyon avro maaş tələb edir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqlar davam edir.
Vinisius bu mövsüm La Liqada 17 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.