“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm” – Mbappe

“Real”ın hücumçusu Kilian Mbappe 2024-cü ildə “Qızıl top”un nəticələri haqda danışıb.

Futbolpress.az xəbər verir ki, fransalı futbolçu komanda yoldaşı Vinisiusun mükafata layiq olduğunu qeyd edib:

“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm. Lakin mükafatı Rodri qazandı. Üç ay əvvəl bunu kimsə desəydi, “nə danışırsan” deyərdim. Bu mövsümün də kimin qalib olacağı ilə bağlı fikrim yoxdur”.