Madrid “Real”ı hücumçusu Vinisius Junior üçün yeni müqavilə ilə bağlı danışıqları davam etdirir.
Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçunun meneceri “Real”ın Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə son oyununda iştirak edib və danışıqlar yekun mərhələyə çatıb.
“Spanish Sport”un xəbərinə görə, Vinisiusun maaşı artırılacaq, lakin bu artım klubun iqtisadi tarazlığını pozmayacaq səviyyədə olacaq. “Real”ın digər ulduzlarının qəzəblənməsi üçün heç bir səbəb olmayacaq.
Razılaşmaq lazım olan ən vacib məsələ, təklifin futbolçuya və “Real”a uyğun gələrsə, gələcəkdə Vinisiusun transfer olunma ehtimalıdır. Başqa sözlə, müqaviləyə alış opsionu da əlavə oluna bilər.