“Real”ın hücumçusu Vinisius Junior İspaniya La Liqasının XI turunun “Barselona” ilə oyununda komandasının irqçi davranışlarından danışıb.
Futbolpress.az xəbər verir ki, 0:4 hesabıyla bitən matçda rəqibin oyunçuları fanatların təhqiramiz və irqçi şüarlarına məruz qalıb. Vinisisu məsələ haqda bunları yazıb:
“Belə hallar acınacaqlıdır. Bizim cəmiyyətdən belə cinayətkarlara yer yoxdur. Rafinya, Yamal və Fatiyə dəstəyimi bildirirəm. İnanıram ki, “Real” və Madrid polisi bu davranışları edənlər üçün lazım olan cəzanı verəcək”.