FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, Braziliya millisinin və Madrid “Real”ının oyunçusu Vinisius Junior bu mükafata layiq görülüb.
“Kral klubu”nda Karlo Ançelotti ən yaxşı baş məşqçi olub.
İngiltərənin “Aston Villa” klubundan Emiliano Martines isə ən yaxşı qapıçı seçilib.