“Vini” sevinci

“Real” futbolçusu Vinisius Juniorla danışıqları yekunlaşdırmaq üzrədir.

Futbolpress.az xəbər verir ki, klub braziliyalı hücumçu ilə yeni müqavilədə razılaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Vinisiusun müqaviləsi 2030-cu ilin yayına kimi artırılacaq.

Vinisius yeni sözləşmə ilə təxminən illik 25 milyon avro qazanacaq.

24 yaşlı hücumçu bu mövsüm La Liqada 18 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.