Yarımmüdafiəçi Pape Queye “Marsel”dən ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə oyunçu sosial şəbəkə hesabında paylaşım edib.
25 yaşlı yarımmüdafiəçi “Vilyarreal”la danışıqlar aparır. Seneqal millisinin üzvü daha əvvəl İspaniyada “Sevilya”nın formasını geyinib.
Queye ötən mövsüm Liqa 1-də 15 oyunda meydana çıxıb.