Vilya: “Yamal buna layiqdir”

“Barselona”nın sabiq futbolçusu David Vilya komandanın oyunçusu Lamin Yamal haqda danışıb.

Futbolpress.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan keçmiş hücumçu 17 yaşlı futbolçunun “qızıl top”u qazanmaq şansına toxunub:

“Qızıl top”? Düşünürəm ki, Yamal artıq buna layiqdir. Mövsüm hələ davam edir və inanılmaz statistikası var. Lakin bilirsiniz ki, mən bu mükafatın layiqincə verildiyinə inanmıram. Amma Yamalın bir gün haqq etdiyinə yiyələnəcəyini bilirəm”.

Yamal bu mövsüm La Liqada 32 oyunda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.