Vieyra İtaliya klubunda işləyəcək

“Cenoa” klubunda baş məşqçi Alberto Cilardino ilə yollar ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndəriləcək.

“Cenoa”da Cilardinonu əvəzedəcək şəxs də məlumdur. Bu posta fransalı mütəxəssis Patrik Vieyra təyin olunacaq.

Komanda A Seriyasında 12 oyundan sonra 17-ci sıradadır.