Vidadi Rzayev: “Düşünürəm ki, “Olimpiakos” qalib gələcək”

Bu gün “Qarabağ” Avropa Liqası Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində “Olimpiakos”la səfərdə qarşılaşacaq.

Oyun Baxı vaxtı ilə saat 00:00-da start götürəcək. “Atlılar”ın turnirlə vidalaşdığı dəqiqləşdiyi üçün bu matç formal xarakter daşıyacaq. Ancaq statistikalara əsasən, “Qarabağ” bu günə qədər heç bir Yunanıstan klubuna məğlub olmayıb.

Təcrübəli mütəxəssis Vidadi Rzayev “Olimpiakos” – “Qarabağ” matçıyla bağlı fikirlərini “FutbolPress”ə açıqladı:

“Düşünürəm ki, “Olimpiakos” qalib gələcək. Doğrusu, Avropa Liqasının yeni formatı açıqlandıqda, intiusiyam “Qarabağ”ın yaxşı mübarizə apara bilməyəciyini hiss etdi. Hazırda ilk “8-liy”ə düşmək üçün yunanlar qalib gəlməlidir. Təmsilçimiz üçün ən yaxşı nəticə heç-heçə ola bilər. Ancaq ehtimal azdır. “Qarabağ” sadəcə “Bodo-Qlimt”ə qalib (2:1) gələ bilib. Həmin oyunda da bəxt bizim tərəfimizdə idi. Yenə də komandamıza uğurlar arzulayıram”.

Mirkamal Kazım