“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsində 2-ci qrupa yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində baş tutan əyləncəli səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub.
Uşaqlara sertifikat və hədiyyələri “Neftçi”nin katibi Emin Əfəndi və komandanın gənc qapıçısı Rza Cəfərov təqdim ediblər. Daha sonra “Neftçi Arena”ya yollanan iştirakçılar üçün stadion turu təşkil olunub. Uşaqlar klubun muzeyi, fan mağaza, komandaya aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olublar.