“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Lion”la qarşılaşacaq.
Fransa təmsilçisiylə Bakıda keçiriləcək oyun saat 21:45-də start götürəcək.
Veteran futbolçu Zaur Həşimov oyunla bağlı fikirlərini “FutbolPress”ə bölüşdü:
“Qarabağ” qrupdakı 4-cü oyununa çıxacaq. Rəqib Fransanın köklü klublarından biri “Lion”dur. Onların özünə məxsus oyun üslubu var. Heyətlərində güclü fərdi keyfiyyətləri olan futbolçular var. Oyun həm ağır, həm də maraqlı olacaq. Buna baxmayaraq “Qarabağ”ın qələbə qazanacağına inanıram. Hər zaman müşahidə edirik ki, futbolçular avroliqa oyunlarına daha motivasiyalı köklənirlər. Bu oyunda qazanılacaq qələbə “Qarabağ”ı növbəti mərhələyə daha da yaxınlaşdıracaq. Uğurlar arzulayıram”.
Mirkamal