Veteran futbolçu: “Məğlubiyyət normaldır, burda faciə yoxdur”

“Qarabağ” Avropa Liqasının I turunda “Tottenhem”ə məğlub olub – 0:3.

Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında görüşü şərh etdi:

“”Qarabağ”ın məğlubiyyəti birbaşa rəqibin keyfiyyəti, ustalıq səviyyəsinin üstün olması ilə bağlıdır. Bəsit qollar buraxıldı, qol imkanlarından istifadə edilmədi. Avropa futbolunda belə halları dəyərləndirmək lazımdır. Biz 100 faizlik imkanı dəyərləndirə bilməyəndə “Tottenhem” yarım fürsətləri qola çevirdi. Bu da o deməkdir ki, komandaların səviyyəsi fərqlidir”.

Sultanov Azərbaycanda klub sferasında inkişaf olduğunu söylədi:

“Məğlubiyyət normaldır, burda faciə yoxdur. Əsas odur ki, bu gün bu arenaya çıxmışıq. Klub sferasında Avropa arenasında oynayırıq, güclü rəqiblər var. 15-20 il əvvəl desəydik ki, “Tottenhem”lə oynayacağıq, “Ayaks” Bakıya gələcək və s. gülünc görünərdi. Amma bu gün bunları etmişik, deməli, klub sferasında irəliləyiş var”.

Şahin Cəfərov