Veteran cüdoçular Avropa çempionatının 2-ci günündə 5 medal qazandı

7 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatında cüdoçularımız 2 qızıl və 3 bürünc medal qazanıb.
Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə M3 və M4 yaş kateqoriyaları üzrə 14 cüdoçumuz tatamiyə çıxıb.
M3 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüqar Babayev qızıl medal əldə edib, -60 kq. çəkidə Mənsur Abbasov, -81 kq. çəkidə Azər Fətullayev və -100 kq. çəkidə Nizami Məmmədov bürünc medal qazanıblar. -100 kq. çəkidə Fomin Valeriy 5-ci, Ramil Muradov isə 7-ci yerə çıxıb.
M4 yaş kateqoriyası üzrə -100 kq. çəkidə Emil Hüseynov qızıl, -73 kq. çəkidə Əli Əlibəyli isə bürünc mükafat qazanıb. -60 kq. çəkidə Babək Hacıyev, -66 kq. çəkidə Rəfael Mehdiyev, -81 kq. çəkidə Rauf Fərzəliyev və -90 kq. çəkidə Mahir Ağamirzəyev yarışı 5-ci yerdə tamamlayıblar.