Verratti Avropaya qayıda bilər

Qətərin “Əl Ərəbi” klubunun futbolçusu Marko Verratti karyerasıı İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” və “Mançester Yunayted” 31 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb.

Verrattinin klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. Yarımmüdafiəçi Avropaya qayıtmağa müsbət yanaşır.

İtaliyalı futbolçu ötən yay 45 milyon avro qarşılığında Fransanın PSJ klubundan “Əl Ərəbi”yə keçib. O, bu komandada 22 oyunda 8 qol vurub.