Daha bir il “Tottenhem”də

“Tottenhem” icarə əsasında komandada çıxış edən Timo Vernerin sözləşməsini 2025-ci ilin yayına kimi artırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Alman hücumçu 2024/2025 mövsümünü icarə əsasında “Tottenhem”də keçirəcək.

Forvard 2024-cü ilin yanvarından Premyer Liqa təmsilçisində çıxış edir. O, çempionatda 13 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Verder” müqavilə ilə “Leypsiq”ə məxsusdur. Onun bu klubla sözləşməsi 2026-cı ilin yayına kimidir.