Almaniyanın “Verder” klubu futbolçusu Nabi Keytanı satışa çıxarıb.
Futbolpress.az xəbər verir ki, Bremen təmsilçisi qvineyalı futbolçunu əsas komanda ilə məşqlərə çıxmağa icazə verməyib. Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, Keyta hazırda individual şəkildə məşq prosesi keçir. Futbolçuya özünə komanda tapması tapşırılıb.
“Verder”ə ötən mövsüm qoşulan 29 yaşlı oyunçu bu müddət ərzində sadəcə 5 oyunda iştirak edib və hər hansı məhsuldarlıqla yadda qalmayıb.
Keyta daha əvvəl “Zaslburq” və “Liverpul”da çıxış edib.