Velosipeddən yıxılan futbolçu Avro-2024-də oynamayacaq

Çexiya millisinin futbolçusu Mixal Sadilek Avro-2024-ü buraxacaq.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi velosipeddən yığılıb və zədə alıb. O, bu səbəbdən Avropa çempionatının oyunlarında iştirak edə bilməyəcək.

Çexiya yığması F qrupunda Türkiyə, Gürcüstan və Portuqaliya ilə mübarizə aparacaq.