Veşoviç “Elfsborq”la oyundan nələr dedi?

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Avropa Liqasında sabah “Elfsborq”a (İsveç) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, monteneqrolu müdafiəçi görüşlə bağlı bunları deyib:

“Çətin rəqibə qarşı ağır oyun olacaq. Matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, istədiyimiz futbolu nümayiş etdirib, xallar qazanarıq. Qələbəni azarkeşlərimizlə qeyd etmək istəyirik”.