Varanla müqavilənin detalları məlum oldu

“Mançester Yunayted”dən ayrılan Rafael Varan karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Komo” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Fransalı futbolçu yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

Varan daha əvvəl “Real”, “Mançester Yunayted”də çıxış edib. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.