Varanın yeni klubu açıqlandı

“Mançester Yunayted”dən ayrılan Rafael Varan karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Komo” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Varan daha əvvəl “Real”, “Mançester Yunayted”də çıxış edib. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.