Varan “Mançester Yunayted”dən ayrılacaq – rəsmi

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan mövsümün sonunda komandadan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Varan 2021-ci ildə “Real”dan “Mançester Yunayted”ə keçib.

31 yaşlı fransalı “Yunayted”in heyətində 93 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.