“Komo”nun futbolçusu Rafael Varan karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə fransalı müdafiəçi instaqram hesabında paylaşım edib.
Varan bu yay “Komo” ilə müqavilə imzalamışdı. O, sentyabrın 12-də İtaliya Kubokunun “Sampdoriya” ilə matçında ağır zədə alıb.
31 yaşlı futbolçu daha əvvəl “Real” və “Mançester Yunayted”də forma geyinib. Varan 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.