Varan: “Karyeramı “Mançester Yunayted”də bitirmək istəyirdim”

Fransa millisinin sabiq futbolçusu Rafael Varan açıqlama verib.

Futbolpress.az xəbər verir ki, son klubu “Komo” olan və ötən ay karyerasını bitirən keçmiş müdafiəçi bunları deyib:

“Karyeramı “Mançester Yunayted”də bitirmək istəyirdim, ancaq alınmadı. Artıq oynamırdım və yeni çağırış axtarırdım. Sonra “Komo” variantı çıxdı və dəyərləndirdim.

Mövsümün əvvəlində ciddi zədə alanda artıq düşündüm ki, bu sondur. Hər şeyin bitdiyini başa düşürdüm və qərarımı verdim”.

Varan karyerası ərzində “Real”, “Mançester Yunayted”, “Komo”da çıxış edib.